AZ

Xətai prospektində yolun təmir işlərinə başlanılıb

Bakının Xətai prospektində təmir işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1740 metrlik hissəsini əhatə edir.

Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir. Məlumata əsasən, layihə çərçivəsində aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

- Zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi,

- Prospektə yeni asfalt-beton örtüyünün döşənməsi,

- Yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi,

- Yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması.

Seçilən
15
30
yeniazerbaycan.com

10Mənbələr