ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, beş qrupda ümumilikdə 9 görüş baş tutacaq.
Seçmə mərhələyə uğursuz başlayan və İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Fernandu Santuşu qovan Azərbaycan yığması Ukrayna önünə baş məşqçisiz çıxacaq. Komandanı meydana müvəqqəti olaraq U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.
Yığmamızın yer aldığı D qrupunda həmçinin, Fransa İslandiyanı sınağa çəkəcək.
Günün əsas maraq doğuran qarşılaşmalardan biri Serbiyada baş tutacaq. Sözügedən ölkənin yığması qrupun lideri İngiltərəni qəbul edəcək. "Dumanlı Albion" səfərdən qalib dönsə, qrup liderliyini böyük ölçüdə təmin edəcək.
DÇ-2026, seçmə mərhələ
9 sentyabr
D qrupu
20:00. Azərbaycan - Ukrayna
22:45. Fransa – İslandiya
Xal durumu: İrlandiya – 3, Fransa – 3, Ukrayna – 0, Azərbaycan – 0.
F qrupu
20:00. Ermənistan - İrlandiya
22:45. Macarıstan - Portuqaliya
Xal durumu: Portuqaliya – 3, Macarıstan – 1, İrlandiya – 1, Ermənistan – 0.
H qrupu
22:45. Bosniya və Herseqovina - Avstriya
22:45. Kipr – Rumıniya
Xal durumu: Bosniya və Herseqovina – 12, Avstriya – 9, Rumıniya – 6, Kipr – 3, San Marino – 0.
İ qrupu
22:45. Norveç - Moldova
Xal durumu: Norveç – 12, İtaliya – 9, İsrail – 9, Estoniya – 3, Moldova – 0.
K qrupu
22:45. Albaniya - Latviya
22:45. Serbiya - İngiltərə
Xal durumu: İngiltərə - 12, Serbiya – 7, Albaniya – 5, Latviya - 4, Andorra – 0.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.