AZ

Çətənə kollarının kultivasiyası ilə məşğul olan qadın saxlanılıb VİDEO

Saatlı, 9 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsdən satış məqsədilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
31
22
azertag.az

10Mənbələr