AZ

Bu yol nişanları faciəyə səbəb olur? AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Bəzi ərazilərdə, xüsusilə də şəhərin mərkəzində demək olar ki, yollarda ağaclar qalmayıb. Paytaxtda və qismən bölgələrdə hələ də ağaclar var. Paytaxtda qalan ağaclar isə əsasən dövlət qurumlarının balansında olan və xüsusi nəzarətdə saxlanılan ağaclardır. Onlara toxunmaq, zədələmək, qoparmaq və ya kökündən çıxarmaq qadağandır və hətta həbs cəzası ilə nəticələnə bilər".Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.O, bildirib ki, bu sahəyə cavabdeh qurumlar mövcuddur: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, onun Yaşıllaşdırma Departamenti və digər aidiyyəti orqanlar. Onlar bu məsələlərdə daha aktiv olmalı və yol hərəkətinin təşkili ilə bağlı Azərbaycan Respublikasının digər qurumları ilə, məsələn, Dövlət Yol Polisi ilə əməkdaşlıq etməlidirlər".Onun sözlərinə görə, əgər yol nişanı ağac səbəbindən görünmürsə və vətəndaş müraciət edirsə, həmin ağacı aidiyyəti olmayan bir qurum kəsə və ya başqa yerə köçürə bilməz:"Bunun üçün həm xüsusi texnika lazımdır, həm də səlahiyyət məsələsi önəmlidir. Ona görə də bu qurumlar qarşılıqlı və əlaqəli şəkildə işləsələr, mövcud problemlərin həllinə nail olmaq olar. Əks halda, məsələ tam həll olunmaz, yarımçıq qalar və gündəmdən düşərək müxtəlif formada problemlərin davam etməsinə səbəb olar".Qeyd edək ki, paytaxtın bəzi ərazilərində yol nişanlarının ağaclar səbəbindən sürücülər tərəfindən görünməməsi narazılıqlara səbəb olub.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
demokrat.az

2Mənbələr