AZ

Afrika Avropadan müstəmləkə cinayətlərinə görə təzminat TƏLƏB EDİR

Afrika Birliyi keçmiş müstəmləkəçi dövlətlərdən təzminat tələb etmək məqsədilə Karib hövzəsi təşəbbüsünə qoşulub.

Musavat.com xəbər verir ki, Əddis-Əbəbədə keçirilən sammitdə liderlər insanların, torpaqların və təbii sərvətlərin istismarı, habelə müstəmləkəçilik və köləlik irsi üçün “təzminat ədaləti” tələb etdiklərini vurğulayıblar.

Afrika Birliyi maliyyə təzminatı, mədəni sərvətlərin geri qaytarılması, borcların bağışlanması və iqtisadi bərabərsizliyin aradan qaldırılması kimi tədbirləri əhatə edən öz tələblər siyahısını hazırlayır.

İddialar Britaniya Fransa, Portuqaliya, İspaniya, Almaniya və Belçika kimi keçmiş müstəmləkəçi dövlətlərə ünvanlanacaq.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr