Ötən gün müğənni Nadir Qafarzadənin oğlunun toyu olub.
Musavat.com xəbər verir ki, şou-biznes aləminin bir çox tanınmış simasının iştirak etdiyi toyda müğənninin illərdir dostluq etdiyi və duet ortağı olan Ayan Babakişiyeva iştirak etməyib.
Bu isə sənətçilərin münasibətinin pozulması barədə xəbərlərin yayılmasına səbəb olub. Bildirilib ki, Qafarzadə Ayanı toya dəvət etməyib.
“Öz aramızda” verilişində qonaq olan Babakişiyeva iddiaları yalanlayıb, toya ilk dəvət olunanlardan olduğunu söyləsə də, toyda iştirak etmədiyini açıqlayıb. Amma toya qatılmama səbəbini gizli saxlayıb.
Könül
Musavat.com