Milli Məclisin növbədənkənar sessiyası və sessiya üzrə keçirilən xüsusi iclası başa çatıb.
“İki sahil” xəbər verir ki, deputatlar Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üzrə "Vaşinqton razılaşmalarını müzakirə ediblər.
İclasda Azərbaycanın bu istiqamətdəki xarici siyasəti yüksək qiymətləndirilib.
Yekunda Sahibə Qafarova Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq edib:
"Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında uğur əldə etməyə qadirdir".
Daha sonra "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
***
11:06
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.
“İki sahil” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.
İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.