AZ

Trampın müşaviri Maskı Hindistan təbliğatını dəstəklədiyinə görə tənqid etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Trampın baş ticarət müşaviri Piter Navarro milyarder İlon Maskı özünün "X" platformasında Hindistandan rusiyayönümlü təbliğatın yayılmasına icazə verməkdə ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə Navarro sosial şəbəkədə yazıb.
İttihamlara səbəb Navarronun "X" sosial şəbəkəsində Hindistanı Rusiya nefti aldığına görə tənqid etdiyi paylaşımlarına "kontekst" əlavə edən şərhlər olub. İstifadəçilər həmin şərhlərdə göstərirlər ki, Avropa ölkələri də Rusiya neftini alır, ABŞ isə Rusiyadan uran, gübrə və digər mallar idxal etməyə davam edir.
"İlon Mask insanların paylaşımlarında təbliğata icazə verir. Bu axmaq qeyd məhz belədir. Cəfəngiyatdır. Hindistan Rusiya neftini yalnız mənfəət üçün alır", - Navarro qeyd edib.
Xatırladaq ki, Tramp administrasiyası Hindistanın Rusiya neftinin idxalını dayandırmaqdan imtina etməsinə cavab olaraq avqustun 27-də ona 50%-lik rüsumlar tətbiq edib. Tariflər müxtəlif məhsullara, o cümlədən geyim, tekstil, qiymətli daşlar, ayaqqabı və mebelə tətbiq edilib. Bununla belə, Hindistanın ABŞ-yə ixracatının təxminən 30%-i, əsasən, yanacaq, elektronika və bəzi dərmanlar yeni tariflərdən azad edilib.
Seçilən
16
oxu.az

1Mənbələr