AZ

Artıq ana olmağa hazıram Hadisə

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəli müğənni Hadisə ana olmaq istədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçı müsahibəsində özünü artıq ana olmağa hazır hiss etdiyini deyib.

"Dünya getdikcə pisləşir, amma mən bu zülmətdə gözəl bir uşaq qoyub gedəcəyəm. Uşağımı şou dünyasından uzaq tutmaq istəyirəm. Çünki o, bu həyatı seçməyəcək. Onun azad yaşamasını, həm də övladı ilə keyfiyyətli vaxt keçirən ana olmaq istəyirəm. Telefonda oturmaq yox, övladımın yanında olmaq istəyirəm. Bilirəm, övladım olsa, məni başqa bir qadın edəcək" deyə, Hadisə əlavə edib.  

Qeyd edək ki, Hadisə ötən il iş adamı Mehmet Dinçerlerlə ailə qurub və qısa vaxt sonra boşanıb. Onun adı daha sonra iş adamı Yalçın Ayaydının oğlu Mərd Ayaydınla hallanıb. Hadisə son olaraq rejissor Şenol Sönmezlə sevgili olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
axsam.az

2Mənbələr