ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R.Babayev adına 25 nömrəli 11 illik Musiqi Məktəbinin şagirdləri Özbəkistanın Daşkənd şəhərində keçirilən “Europian Stars” beynəlxalq onlayn müsabiqədə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, müsabiqədə məktəbin xalq çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə təhsil alan şagirdi Zəhra Dəmirçiyeva II dərəcəli (müəllimi İlahə Tağıyeva), qanun ixtisası üzrə təhsil alan şagirdi Xədicə Nurullazadə III dərəcəli (müəllimi İradə Eyni) və orkestr alətləri şöbəsinin akkordeon ixtisası üzrə təhsil alan şagirdi Əkbər Əlizadə III dərəcəli (müəllimi Tatyana Rassıpina) diplomla təltif olunublar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.