Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Ukrayna milli komandaları üz-üzə gələcək.
Matç Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.
Bəs millinin oyunu ilə bağlı Bakı Metropoliteninin iş qrafikində dəyişiklik ediləcəkmi?
“Bakı Metropoliteni” QSC-dən Operativ Media-ya verilən məlumata görə, oyunla əlaqədar bütün zəruri tədbirlər görülüb:
“Lazımi tədbirlər həyata keçirilib. Lakin oyunun bitmə vaxtı nəzərə alınaraq, iş vaxtının uzadılmasına ehtiyac olmayacaq”.