“Ukrayna Avropa İttifaqına (Aİ) qoşulmaq istəyirsə, siyasi rəqiblərinə qarşı sanksiyaları ləğv etməlidir”.
Bunu Avropa Parlamentinin (AP) Ukrayna üzrə xüsusi məruzəçisi Maykl Qaler deyib.
“Biz Ukraynanı müxalifət üzvlərinə qarşı siyasi məhkəmələrə və sanksiyalara son qoymağa çağırırıq ”, – deyə o bildirib.
Qaler, həmçinin Ukrayna hakimiyyətini deputatların xaricə səfərinə mövcud qadağanı ləğv etməyə səsləyib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Moskva heç vaxt Kiyevin Avropa İttifaqına (Aİ) üzvlüyünə etiraz etməyib. O, Moskvanın Ukraynanın NATO-ya üzv olmasına qəti şəkildə qarşı olduğunu vurğulayıb.
Globalinfo.az