AZ

Samvel Karapetyanın vəkili: Ermənistanda Konstitusiya işləmir – ÖZƏL

Olaylar.az xəbər verir ki, məşhur iş adamı və xeyriyyəçi Samvel Karapetyanın vəkili Aram Vardevanyan 9 sentyabrda keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Ermənistanda Konstitusiya işləyirsə, ədalət bərqərar olacaq, əks halda deməli, Konstitusiya işləmir.

Vəkil xatırladıb ki, dörd il əvvəl bir siyasi fiqur (söhbət baş nazir Nikol Paşinyandan gedir) mitinqdə əlinə çəkic alaraq bəzi şəxslərin başını "sındıracağı" ilə hədələyirdi. "O zaman prokurorluq bunu ifadə azadlığı, kontekst və tənqid kimi qiymətləndirdi və cinayət tərkibi görmədi. Amma indi kimsə "öz mövqeyini bildirəndə" dərhal həbs edilir", - deyə Vardevanyan vurğulayıb. Qeyd edək ki, bu gün Paşinyan "polad mandat" sözləri yazılmış çəkicin şəklini paylaşaraq mövqeyini bir daha təsdiqləyib.

Aram Vardevanyanın sözlərinə görə, Karapetyanın həbsi ilə bağlı məhkəmə qərarı 104 səhifədən ibarətdir, onların 80 faizi müdafiə mövqeyinə, 10 faizi isə birinci instansiya məhkəməsinin qərarına istinad edir, çox kiçik hissəsi isə məhkəmənin öz "təhlil və qərarı"dır. Qərarda Karapetyanın "ictimai nüfuza malik olduğu üçün istintaqa mane ola biləcəyi" göstərilib. Vəkil isə bunun əsassız olduğunu, təqibin Karapetyanın potensial siyasi rəqib olması ilə bağlı aparıldığını deyib.

Bundan başqa, vəkil bildirib ki, Karapetyana görüş qadağaları tətbiq olunub: yalnız vəkillə görüşə icazə verilir, yaxın qohumlarla isə yalnız istisna hallarda. Halbuki qanuna görə, vəkillə görüşlər məhdudiyyətsiz olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr