Azərbaycan və ABŞ-nin NATO-dakı səfirləri regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker ilə görüşüb.
aia.az xəbər verir ki, bu barədə Metyu Uitaker özünün "X" hesabındakı paylaşımında bildirib.
“Bu gün Azərbaycanın NATO yanında missiyasının rəhbəri, səfir Cəfər Hüseynzadə ilə görüşdüm. Biz ABŞ Prezidentinin vasitəçiliyi ilə 35 illik münaqişəyə son qoyan tarixi sülh sazişini müzakirə etdik. Sülh insanların həyatını xilas edir, həm daxildə, həm də xaricdə firavanlıq açardır”, - diplomat qeyd edib.
Görüşlə bağlı Cəfər Hüseynzadə isə sosial media paylaşımında bildirib ki, ABŞ səfiri ilə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də gələcək tərəfdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıb.
“Biz regionda və ondan kənarda sülhün və sabitliyin təşviqində ABŞ və ABŞ Prezidentinin rolunu yüksək qiymətləndiririk”, - Cəfər Hüseynzadə vurğulayıb.
aia.az