AZ

İrəvan: "TASS yalan danışır"

Hurriyyet.az xəbər verir ki, rəsmi İrəvan Rusiyanın rəsmi TASS informasiya agentliyinin Pakistanla Ermənistan münasibətləri barəsində yaydığı məlumatı təkzib edib.

Məlumatda anonim mənbəyə istinadla bildirilirdi ki, guya Pakistan Ermənistanı BMT üzvü olan dövlət kimi tanımanın qarşılığında Avrasiya İqtisadi İttifaqına üzv olmaq üçün "yaşıl işıq yandırılmasını" tələb edib.

Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Ermənistanla Pakistan arasında BMT Nizamnaməsinə uyğun diplomatik münasibətlərin artıq qurulduğunu, buna görə də "tanımaq" probleminin artıq mövcud olmadığını bəyan edib.

Onun sözlərinə görə, İrəvan ilə İslamabad əməkdaşlığın həm ikitərəfli formatda, həmdə ŞƏT və Aİİ kimi çoxtərəfli meydanlarda inkişafını müzakirə edirlər.

Hürr Tərcüman

Seçilən
40
hurriyyet.az

1Mənbələr