AZ

"Fənərbaxça" daha bir oyunçu ilə VİDALAŞDI

"Fənərbaxça"nın futbolçusu Aleksandr Ciku karyerasını Rusiyada davam etdirəcək.

Modern.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Spartak"a transfer olub.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, "sarı-lacivərdlilər" oyunçunun keçidindən 2,5 milyon avro gəlir əldə edəcək.

Qeyd edək ki, Qana millisinin üzvü olan Ciku 2023-cü ildən "Fənərbaxça"da çıxış edirdi.

Seçilən
48
3
modern.az

4Mənbələr