AZ

Dövlət Ehtiyatları Agentliyinin 100 minlik tenderi ləğv edildi

“Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin işçi heyətinin daşınması xidməti ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin dəyəri 98 096 AZN olub.

 

Cabir

Tarix: 9 Sentyabr 2025, 12:32   
Seçilən
14
pravda.az

1Mənbələr