“İdmançılar taktiki, texniki və fiziki cəhətdən yaxşı vəziyyətdədir”.
Offsideplus.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşi millisinin baş məşqçisi Aleksandr Tarakanov yığmanın açıq məşqi zamanı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, hazırlıqlar plan üzrə gedir: “Sonuncu mərhələdəyik. Həm fiziki, həm taktiki hazırlıq yaxşı səviyyədədir.
Əvvəlcədən proqnoz vermək istəmirəm. Ancaq deyə bilərəm ki, komanda yaxşı hazırlaşıb. Müəyyən zədələrimiz olsa da, ümumilikdə hazırlıq plana uyğun getdi”.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 13–21-də təşkil olunacaq.