Azərbaycanın yeni tarixi yaradılır və hər birinmiz yaranan yeni tarixin parlaq səhifələrinə şahidlik edirik.
News365.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiya çərçivəsində bu gün keçirilən xüsusi iclasında Əli Əhmədov deyib.
Qeyd edib ki, İlham Əliyev sadəcə Azərbaycanın deyil, regionun yeni tarixini və mənzərəsini yaratmaq missiyasını öz üzərinə götürürb,
"Vaşinqton razılaşmaları daha geniş coğrafiyanın yeni tarixinin yaradılmasının ən bariz nümunəsidir".
Nəzərə çatdırıb ki, hər bir dövlətin əsas 3 elementi var və bunlar onun iqtisadiyyatı, ordusu və diplomatiyasıdır.
"Azərbaycan dünyanın ən sürətli inkişaf edən dövlətlərdən biridir. İkinci Qarabağ müharibəsi də dövlətimizin hərbi gücünü oRtaya qoydu. Azərbaycan diplomatiyasına elə ən vacib nümunə Vaşinqton görüşü qeyd edilə bilər. İstənilən görüş və əldə edilən nailiyyət tarixi və praktiki əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl bu, Azərbaycanın ABŞ ilə əlaqələrinin və əməkdaşlığının yeni pilləyə qədəm qoymasıdır ki, bununla ölkəmizin iqtisadiyyatının inkişafı, həmçinin beynəlxalq arenada nüfuzunun artmasına səbəb oalcaq".
Onun sözlərinə görə, Vaşinqton razılaşması İlham Əliyevin beynəlxalq nüfuzunun ifadəsi idi ki, dünyanınm ayrı-ayrı liderlərinin təbriki də buna misaldır,
"Zəngəzur layihəsi 1994-cü ildə Heydər Əliyevin imzaladığı "Əsrin müqavilə"si kimi əhəmiyyətli olacaq. Zəngəzur dəhlizi isə İlham Əliyevin adını daşıyacaq".