AZ

“Perla Mebel” müştərinin başına oyun açdı

“Perla Mebel”in Sumqayıt filialından şikayət var. Nihad Abbasov adlı vətəndaş sözügedən şirkətə etdiyi sifarişin yerinə yetirilməsi zamanı aşağıdakı ciddi pozuntularla qarşılaşıb:

“Mən, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayıram. Sumqayıt şəhəri, Koroğlu pr. 841 A, 47-ci məhəllədə yerləşən “Perla Mebel” Sumqayıt 2 mağazasından masa və 8 stul sifariş etmişəm. Sifariş 3 aylıq kreditlə həyata keçirilib. Lakin sifarişin yerinə yetirilməsi zamanı aşağıdakı ciddi pozuntularla qarşılaşmışam:
- Sifarişə uyğun olaraq yalnız 6 stul gətirilib, 2 kreslonun anbarda olduğu bildirilib. 
- Gələn stullar sifariş etdiyimiz rəngdə olmayıb, fərqli rəngdə çatdırılıb.
- Masa cırıq vəziyyətdə gəlib, bu səbəbdən geri aparılıb və yeni masa göndəriləcəyi bildirilib.
- Stul və masa bir dəfə gətirilib, sonra yenidən aparılıb.
- Məhsulu qəbul edərkən rəng fərqini və cırığı qeyd etmişəm, mağaza əməkdaşları “üzrlü sayın, yenisini göndərəcəyik” deyiblər.
- Məhsul yalnız 1 gecə evdə qaldı, istifadə olunmayıb.- Bu səbəbdən kreditin ləğv olunmasını tələb etmişəm”.
Yenisabah.az xəbər verir ki, müştəri istehlakçı hüquqlarının pozulduğunu hesab edir və ödədiyi 83 AZN-in geri qaytarılmasını tələb edir:
“Bütün bu çatışmazlıqlara baxmayaraq, bizdən 83 AZN (kreditin ləğvi üçün) və 20 AZN (yük maşınına) ödəniş alınıb. Halbuki məhsul keyfiyyətsiz, tam olmayan və istədiyimiz formada təqdim edilmədiyi üçün malı istifadə etməmişik.
Bu ödənişin əsassız olduğunu və istehlakçı hüquqlarımın pozulduğunu hesab edirəm. 83 AZN-in geri qaytarılmasını tələb edirəm”.
Seçilən
21
3
yenilik.az

4Mənbələr