AZ

Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanların NƏZƏRİNƏ - QEYDİYYAT BAŞLAYIR

11:37 09.09.2025
11:37 09.09.2025

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Mynews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.

 


Seçilən
30
50
mynews.az

10Mənbələr