AZ

Elektromobillərdə sürətli şarj rekordu

"Mercedes-AMG" şirkəti GT XX konseptual avtomobilində 1 meqavatlıq (1000 kVt) enerjidoldurma texnologiyasını uğurla sınaqdan keçirib və nəticədə elektromobillərdə şarj sürəti üzrə yeni rekord müəyyən edib.

Bu barədə "Arena EV"in yaydığı məlumata görə, sınaq zamanı prototip şarj sisteminə qoşulduqdan cəmi yarım saniyə sonra yığım sürəti 1041 kVt-a çatdırılıb. Bir dəqiqə ərzində elektromobilə 17,3 kVt/saat enerji ötürülüb ki, bu da təxminən 125 km məsafəyə gedişi təmin edir. Bu şarj sürəti ilə elektromobil 500 km məsafəni qət etmək üçün lazımi enerjini cəmi dörd dəqiqəyə əldə edə bilər.

XQ

Seçilən
4
4
xalqqazeti.az

5Mənbələr