“Atletik”in futbolçusu Niko Uilyams “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda iştirak etməyə bilər.
Msport.az xəbər verir ki, 23 yaşlı vinger İspaniya yığmasının düşərgəsində zədələnib.
Bolqarıstan (3:0) və Türkiyəyə (6:0) qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunlarından sonra onun əzələsində problem aşkarlanıb. Oyunçunun təxminan 6 həftəyədək sıradan çıxa biləcəyini yazıb. Uilyamsın yaşıl meydanlara qayıtma müddəti onun sağalmasının gedişatından asılı olacaq.
Qeyd edək ki, “Qarabağ” “Atletik”lə oktyabrın 22-də İspaniyada üz-üzə gələcək.