AZ

Yan Venbin: Azərbaycan qarşılıqlı fəaliyyət, rəqəmsallaşma və davamlı inkişaf mövzusu üzrə mühüm əməkdaşlıq təklifləri irəli sürüb

Bakı, 9 sentyabr, AZƏRTAC

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirəyə sədrlik edən Azərbaycan qarşılıqlı fəaliyyət, rəqəmsallaşma və davamlı inkişaf mövzusu çərçivəsində bir sıra mühüm əməkdaşlıq təklifləri irəli sürüb.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin Avropa-Mərkəzi Asiya İşləri Departamentinin səfiri Yan Venbin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü iclasının açılışında deyib.

Yan Venbin vurğulayıb ki, Çin Azərbaycanın sədrliyini dəstəkləmək və AQEM çərçivəsində müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə, həmçinin AQEM-in məhsuldar sammitinin uğurla keçirilməsinə fəal töhfə vermək üçün bütün tərəflərlə işləyəcək.

Onun sözlərinə görə, AQEM region ölkələri arasında əlaqələrin genişləndirilməsində, qarşılıqlı etimadın möhkəmləndirilməsində və əməkdaşlığın inkişaf etdirilməsində önəmli və konstruktiv rol oynayır. "Çin AQEM prosesini dəstəkləyir və onun aktiv iştirakçısıdır. Bizim ölkəmiz Asiyada və dünyada sülh və inkişaf naminə bir sıra mühüm anlayışlar və təşəbbüslər irəli sürür, o cümlədən sülh, əməkdaşlıq, inklüzivlik və inteqrasiyaya əsaslanan Asiya dəyərlərinin təşviqi və ümumi, hərtərəfli, kooperativ və davamlı təhlükəsizliyi dəstəkləyir", - deyə Yan Venbin bildirib.

O qeyd edib ki, qlobal inkişaf təşəbbüsü, qlobal təhlükəsizlik təşəbbüsü və qlobal sivilizasiya təşəbbüsündən sonra bu yaxınlarda Tiancin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində qlobal idarəetmə təşəbbüsü də təklif olundu. Bu anlayışlar və təşəbbüslər bir çox AQEM dövlətləri də daxil olmaqla, beynəlxalq səviyyədə tanınıb.

 

Seçilən
38
2
azertag.az

5Mənbələr