Milli Məclisin növbədənkənar sessiyası başlayıb.
Sherg.az -ın xəbərinə görə, spiker Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan edib və Dövlət Himni səsləndirilib.
Parlamentin növbədənkənar sessiyası çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclas keçirilir.