AZ

Balakən sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan 18:00-dək…

Balakəndə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bizim.Media-nın yerli bürosu bildirir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 110 kV-luq “Zaqatala-2” hava xəttində 8-10 sentyabr tarixlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Balakən Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/6 kV-luq “Qafqaz” yarımstansiyasından qidalanan Katex, Püştətala kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
25
8
bizim.media

10Mənbələr