AZ

İsrail Suriyanı VURDU: Homs, Latakiya və Palmira ALOV İÇİNDƏ - VİDEO

İsrail ordusu Homs, Latakiya və Palmira şəhərlərinin kənar ərazilərinə hava zərbələri endirib.

Musavat.com xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyi hücumları “beynəlxalq hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirib.

İsrail tərəfi isə Homs bölgəsinə zərbələr endirildiyini təsdiqləyib.

Bildirilib ki, hədəflər Suriya ordusunun bərpa etməyə çalışdığı hava hücumundan müdafiə sistemləri ilə bağlı obyektlər olub.

Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr