AZ

Pekinə gedəcək YAP heyəti ilə görüş

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın sentyabrın 9-17-də Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq nümayəndə heyəti ilə görüş keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı zəminin mövcud olduğunu diqqətə çatdırıb, Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib.

YAP nümayəndə heyətinin Çinə səfər proqramının zəngin olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, bu səfər iki ölkənin hakim partiyaları arasında uğurlu əməkdaşlığın dərinləşdirilməsi, davamlı siyasi dialoqun təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüşdə iştirak edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Çin-Azərbaycan münasibətləri ardıcıl olaraq inkişaf edir. Səfir YAP nümayəndə heyətinə səfər zamanı Çində dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində yeniliklər və partiya quruculuğu təcrübəsi ilə ətraflı şəkildə tanış olmaq imkanının yaradılacağını da bildirib.

XQ

Seçilən
3
6
xalqqazeti.az

10Mənbələr