2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları bu gün keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, D, F, H, I, K qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin yer aldığı D qrupunda Fransa İslandiya ilə üz-üzə gələcək.
Portuqaliya səfərdə Macarıstanın, İngiltərə isə Serbiyanın qonağı olacaq.
DÇ-2026, seçmə mərhələ
9 sentyabr
D qrupu
20:00. Azərbaycan - Ukrayna
22:45. Fransa - İslandiya
Xal durumu: İslandiya - 3, Fransa - 3, Ukrayna - 0, Azərbaycan - 0.
F qrupu
20:00. Ermənistan - İrlandiya
22:45. Macarıstan - Portuqaliya
Xal durumu: Portuqaliya - 3, Macarıstan - 1, İrlandiya - 1, Ermənistan - 0
H qrupu
22:45. Kipr - Rumıniya
22:45. Bosniya və Herseqovina - Avstriya
Xal durumu: Bosniya və Herseqovina - 12, Avstriya - 9, Rumıniya - 6, Kipr - 3, San Marino - 0.
I qrupu
22:45. Norveç - Moldova
Xal durumu: Norveç - 12, İtaliya - 9, İsrail - 9, Estoniya - 3, Moldova - 0.
K qrupu
22:45. Serbiya - İngiltərə
22:45. Albaniya - Latviya
Xal durumu: İngiltərə - 12, Serbiya - 7, Albaniya - 5, Latviya - 4, Andorra - 0.