Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.
Msport.az xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Ukraynanı qəbul edəcək.
Oyunun start fiti saat 20:00-da səslənəcək.
İslandiya ilə oyundan (0:%) sonra baş məşqçi Fernandu Santuş istefaya göndərildiyindən komandamızı bu görüşə Ayxan Abbasov çıxaracaq.
Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2).
D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək.
9 sentyabr
DÇ-2026, seçmə mərhələ
D qrupu
20:00. Azərbaycan – Ukrayna
Baş hakim: Vassilis Fotias (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu