Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Karib dənizində yerləşdirilməsini Bolivar respublikasına qarşı təcavüz adlandırıb.
“İki sahil” xəbər verir ki, Venesuela Prezidenti bunu özünün "Maduro ilə +" verilişində deyib.
Beynəlxalq xəbər agentlikləri "Venesuela ilə ABŞ arasında gərgin münasibətlərin olduğunu təkid edirlər, lakin düzgün ifadə gərginlik deyil, təcavüzdür", - Venesuela lideri qeyd edib.
Prezident qeyd edib ki, ABŞ Venesuela sahillərində dinc insanlara qarşı 8 döyüş gəmisi, 1 200 raket və nüvə sualtı qayıq yerləşdirib. "Həqiqətən, bu xalq titrəyir, lakin qəzəbdən, millətçilikdən və vətənpərvərlikdən", - Maduro fikirlərini yekunlaşdırıb.
O vurğulayıb ki, xalq və Milli Bolivar Silahlı Qüvvələri Venesuelanın ərazi bütövlüyünü, sülhünü və gələcəyini müdafiə edəcək.
Venesuela lideri Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin bəyanatını yüksək qiymətləndirib və ABŞ-nin hərbi gəmilərinin Karib dənizinin cənubunda yerləşdirilməsi ilə bağlı ciddi narahatlıq ifadə edib.