AZ

Alimlər, qəhvəyi yağın sağlamlıq üçün faydalı olduğunu təsdiqləyiblər

ain.az bildirir, Bizimyol portalına istinadən.

İnsan orqanizmində iki növ yağ toxuması mövcuddur: ağ və qəhvəyi yağ. Ağ yağ enerji saxlayarkən, qəhvəyi yağ onu aktiv şəkildə yandırır.

Bizimyol.info xəbər verir ki, "Nature Medicine" jurnalında dərc edilən araşdırma nəticələri, onkoloji mərkəzdə 52 min xəstənin PET şəkillərinin analizinə əsaslanaraq əldə edilib. Qəhvəyi yağ toxuması təxminən 10% iştirakçıda aşkarlanıb.

Alimlər qeyd ediblər ki, qəhvəyi yağa sahib insanlarda 2-ci tip şəkərli diabetin daha az rast gəlinməsi müşahidə edilib: bu göstərici qəhvəyi yağı olmayanlarda 10% olduğu halda, qəhvəyi yağa sahib olanlarda yalnız 5% olub. Həmçinin, bu şəxslərdə xolesterol səviyyəsi daha aşağı olub: 19% qarşısında 22%.

Bundan əlavə, qəhvəyi yağın olması ürək çatışmazlığı, koronar ürək xəstəliyi və yüksək təzyiq riskini azaltdığı qeyd edilib. Hətta piylənmə problemi olan, amma qəhvəyi yağ toxumasını saxlayan insanlarda, ürək və metabolik pozulmaların ehtimalı, piylənməsi olmayan sağlam insanlarla eyni səviyyədə olub.

Alimlər nəticə çıxarıb ki, qəhvəyi yağ yalnız metabolizmi yaxşılaşdırmır, həm də orqanizmə qoruyucu təsir göstərərək ağ yağın mənfi təsirlərini azaldır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
bizimyol.info

1Mənbələr