AZ

DÇ 2026 seçmə mərhələsi: İsrail İtaliya matçında qol yağışı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində I qrupunda İsrail və İtaliya yığmaları qarşılaşıblar.

Oxu.Az-ın xəbərinə görə, Macarıstanın Debretsen şəhərində keçirilin oyun 4:5 hesabı ilə İtaliya millisinin qələbəsi ilə yekunlaşıb.

İsrailin dörd qolundan ikisi italyanların avtoqola imza atması ilə reallaşıb. Manuel Lokatelli və Alessandro Bastonu topu öz qapılarından keçirən futbolçular olublar. İsrailin daha iki qolunu isə dubl etmiş Dor Perets vurub.

İtaliyadan isə Moyze Kin dubla imza atıb. Hərəyə bir dəfə isə Matteo Politano, Cakomo Raspadori və Sandro Tolani fərqləniblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
oxu.az

2Mənbələr