AZ

Tupak Şakuru öldürməkdə ittiham edilən şübhəli sifarişçinin adını çəkdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pi Diddi ləqəbi ilə tanınan amerikalı reper Şon Kombs reper Tupak Şakurun və "Death Row Records" səsyazma şirkətinin qurucusu Şuq Naytın qətlini sifariş verib.
Oxu.Az bildirir ki, bu barədə "USA Today" qəzeti ehtimal edilən qatil, "Crips" bandasının keçmiş üzvü Dueyn Devisin (Keff Di) ifadəsinə istinadən məlumat verib.
1996-cı ilin sentyabrında iki Kaliforniya bandasının nümayəndələri arasında Las-Veqasda keçirilən boks görüşündən sonra Şakur rəqibi Orlando Andersona yumruq vurub.
Hadisədən sonra o, polisə getməyib, baş verənləri dayısı Dueyn Devisə (Keff Di) danışıb. Sonuncu qardaşı oğlunun qisas almasına kömək etmək istəyib.
Lakin polis hesabatında deyilir ki, müttəhimin qisas almaqdan başqa, Şakur və Naytı təqib etmək üçün digər səbəbi də olub - reper Kombs onların qətllərinə görə 1 milyon dollar pul mükafat təyin edib.
Şakur bir neçə saat sonra yoldan keçən avtomobildən açılan atəş nəticəsində öldürülüb. Nayt başından güllə yarası alıb və sağ qalıb.
Seçilən
54
oxu.az

1Mənbələr