AZ

ABŞ da istehlak kreditləri gözləniləndən çox artıb

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

İyulda ABŞ-ın istehlak kreditləri proqnozları üstələyərək 16 milyard dollar artıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi (Fed) iyul ayına dair istehlak kreditləri məlumatlarını açıqlayıb.

Buna görə, iyul ayında istehlak kreditlərinin həcmi əvvəlki ayla müqayisədə 16 milyard dollar artaraq 5,1 trilyon dollara çatıb.

İstehlak kreditlərinə dair bazar gözləntisi 10,4 milyard dollarlıq artım istiqamətində idi.

Hesabat dövründə kredit kartı və oxşar dövriyyəli kreditlər aylıq əsasda 10,5 milyard dollar, ipoteka, avtomobil və tələbə kreditləri kimi dövriyyəsiz kreditlər isə 5,5 milyard dollar artıb.

İyulda istehlak kreditləri illik əsasda da 3,8 faiz yüksəlib.

Dövriyyəli kreditlər eyni dövrdə illik 9,7 faiz, dövriyyəsiz kreditlər isə 1,8 faiz artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
banco.az

2Mənbələr