AZ

Türkiyə Ermənistanla sərhədi açacaq? AÇIQLAMA

ain.az bildirir, Metbuat portalına istinadən.

"Regiondakı sabitlik olduqca əhəmiyyətlidir. Bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, Ermənistan və hətta İran üçün də mühüm məsələdir. Çünki sabitlik sərhədlərin açılması, yeni imkanların yaranması deməkdir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında türkiyəli millət vəkili Şamil Ayrım deyib. Siyasətçi bildirib ki, Azərbaycan–Ermənistan münasibətləri tam həll olunmadan sərhədlərin açılması mümkün deyil.

"Prezident Ərdoğan Azərbaycan parlamentində də açıq şəkildə bildirmişdi ki, bu məsələ həllini tapmadan sərhədlər açılmayacaq. Hazırda isə proseslərin gedişatına baxılır. Bölgədə sabitliyin təmin olunması, təbii sərvətlərin daha səmərəli istifadəsi, gənclərə və sahibkarlara yeni imkanların yaradılması, eləcə də Avropa Birliyi və digər böyük güclərin regiona marağının artması deməkdir. Çünki bu, həm resurslarla zəngin bir bölgənin inkişafı, həm də xarici sərmayələrin cəlb olunması üçün şərait yaradır", - deyə Şamil Ayrım qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
2
metbuat.az

3Mənbələr