AZ

Estoniya Rusiyaya etiraz notası verib

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini çağıraraq, ona "Mi‑8" helikopterinin Estoniyanın hava məkanını pozmasına dair etiraz notası təqdim edib.Bu barədə Estoniya XİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Baltik dənizindəki Vaindloo adası yaxınlığında baş verib. Helikopter Estoniyanın hava məkanına icazəsiz daxil olaraq orada təxminən dörd dəqiqə qalıb.

XİN‑in məlumatına görə, bu, cari ildə Rusiyaya məxsus hava nəqliyyat vasitəsi tərəfindən edilən üçüncü hava məkanı pozuntusudur.

Seçilən
33
2
anews.az

10Mənbələr