Fransa Milli Assambleyasının deputatlarının əksəriyyəti baş nazir Fransua Bayrunun proqram çıxışından sonra ölkə hökumətinə etimadın əleyhinə səs verib.
Day.Az-ın məlumatına görə, bu barədə parlamentin aşağı palatasının spikeri Yael Bron-Pive deyib.
Səsvermədə ümumilikdə 558 deputat iştirak edib, onlardan 364-ü əleyhinə və ya bitərəf qalıb, 194-ü kabinetə etimadın lehinə səs verib.