Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib. Onun sözlərinə görə, rəsmi Kiyevi görüşdə müdafiə naziri Denis Şmıqal təmsil edəcək. “Bu dəfəki “Ramştayn” və ümumiyyətlə Avropa və ABŞ ilə əlaqələrimiz üçün bir nömrəli hədəf - HHM sistemimizin gücləndirilməsidir”, - o deyib. Həmçinin Zelenski Şmıqal ilə Ukrayna Silahlı Qüvvələrinin 2026-cı il üçün ehtiyaclarını müzakirə edib.

“Qarşıda tərəfdaşlarımızla görüləcək çox iş var”, - o əlavə edib.