Qana millisinin müdafiəçisi Aleksander Ciku qarşılıqlı razılaşma əsasında “Fənərbağça” klubu ilə müqaviləsini pozub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə məlumatı Türkiyə Futbol Federasiyasının rəsmi saytı yayıb.
Mətbuatda yayılan xəbərlərə görə, futbolçu ilə bağlı ən ciddi marağı Moskva “Spartak”ı göstərir. Bildirilir ki, tərəflər arasında danışıqlar gedir və müqavilənin 2027-ci ilə qədər nəzərdə tutulduğu vurğulanır.
Ciku “Fənərbağça”ya 2023-cü ilin yayında transfer olunmuşdu. O, İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 75 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, 30 yaşlı müdafiəçinin bazar dəyəri hazırda 6,5 milyon avro təşkil edir.