AZ

Husilər İsrailin nüvə tədqiqat mərkəzinə hücum etdilər

Husilər İsraildə üç mühüm obyektə pilotsuz təyyarələrlə hücum ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Ənsar Allah" hərəkatının "Telegram" kanalında bildirilib.

Qeyd edilib ki, hücumların hədəfi Ben Qurion və Ramon hava limanları, o cümlədən nüvə tədqiqat mərkəzinin yerləşdiyi Dimonadakı obyekt olub. Bu, husilərin həmin obyekti vurmaq üçün ilk cəhdidir. Hücumlarda üç hücum dronundan istifadə edilib.

“Əməliyyat öz məqsədlərinə uğurla çatdı”, - Husi nümayəndələri bildiriblər.

Seçilən
44
8
publika.az

10Mənbələr