AZ

Reper Timati axtarışa verilib

Reper

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı reper Timatiyə (Timur Yunusov) qarşı axtarış elan edib. Bu barədə məlumat iyulun 1-də bazaya daxil edilib, — RIA Novosti xəbər verir.İyunda SBU musiqiçiyə ölkəyə giriş qaydalarını pozmaqda qiyabi ittiham irəli sürüb. Ona Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə qəsd ittihamı da yönəldilib.Ukrayna hüquq-mühafizə orqanlarının məlumatına görə, sənətçi həmçinin “Milli Təhlükəsizliyə Təhlükə” hesab edilən şəxslərin siyahısını aparan “Mirotvorets” saytının bazasına salınıb.İyunda Ukrayna Baş Prokurorluğu da Timatiyə qiyabi şübhəli elan edib. Buna səbəb musiqiçinin dəfələrlə dövlət sərhədini qanunsuz keçməsi və Krıma səfər etməsi göstərilib. Reper Ukrayna Cinayət Məcəlləsinin 332-1-ci maddəsinin 2-ci hissəsini pozmaqda ittiham olunur. Onu “Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə qanunsuz daxil olmaq və oradan çıxmaqla dövlət maraqlarına zərər vurmaq”da günahlandırırlar.Ulusum.az

Diqqət Çəkənlər

“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO

BƏƏ-də internet kəsintisi: səbəb Qırmızı dənizdəki kabel qəzası

Xalçanı bahalı kimyəvi vasitəsiz təmizləmək mümkündürmü?

Seçilən
34
ulusum.az

1Mənbələr