AZ

İctimai-iaşə obyektlərində növbəti monitorinqlərə start

Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova hafta.az-a bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları sentyabrın 13-dən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparacaqlar. Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.

“Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər”, - deyə İ. İbrahimova qeyd edib.

Seçilən
32
12
hafta.az

10Mənbələr