AZ

Bakıda “Gelandewagen” almaq istəyən xanımın başına iş gəldi - Əvvəl sevgili oldu, sonra 234 min verdi...

Külli miqdarda dələduzluqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, tanış olduğu xanımla sevgili olduqdan sonra əvvəlcə ondan borc pul istəyib. Sonra isə xaricdən “Gelandewagen” gətizdirəcəyini vəd edərək onun külli miqdarda pulunu ələ keçirib.

Musavat.com xəbər verir ki, dələduzluqda ittiham olunan şəxs 1991-ci il təvəllüdlü Nihad Əliyevdir.

Nihad Əliyev Tamam adlı xanımla tanış olub. Bir müddət sonra onların arasında sevgi münasibətləri yaranıb. Nihad Tamamdan əvvəlcə borca pul alıb.

Onların tanışlığı maşınların icarəyə verildiyi salonda baş tutub. Tamam həmin salona icarəyə maşın götürmək üçün gedibmiş. Nihad da orada olub və özünü salonun sahibinin oğlu kimi təqdim edib.

Nihad bir müdddət sonra Tamamın maşın almaq istəyini öyrənib. Ondan xaricdən avtomobil gətirmək adı ilə pul alıb. “Gelandewagen” almaq arzusunda olan Tamam hissə-hissə olmaqla 30 min manatdan çox pul verib. Uzun müddət keçsə də, maşın gəlməyib. Hətta Nihad bir dəfə də Tamama “Gelandewagen” şəkilləri ataraq maşının ölkəyə gəldiyini, depozit üçün pul verməli olduğunu deyib.

Zərərçəkmiş Tamamın iddiasına görə, Nihada verdiyi borclar və əlavə pullarla birlikdə ona ümumilikdə 234 min manat ziyan dəyib.

Nihad ifadəsində ittihamla özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə araşdırması zamanı məlum olub ki, Tamam Nihadı bağışlayıb. Buna səbəb isə Nihadın ailəsi tərəfindən ziyanın qarşılanması olub.

Məhkəmənin hökmü ilə Nihad barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

İ.Muradov
Musavat.com

Seçilən
10
7
musavat.com

10Mənbələr