AZ

Naxçıvanda hərbi vəzifəlilərlə təlim toplanışı başa çatıb  

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.

Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları göstərilib, müxtəlif tapşırıqlar məşq etdirilib.

Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.

Seçilən
29
26
azerbaijan-news.az

10Mənbələr