AZ

Skuterin iştirakı ilə olan qəzalar niyə artıb?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Son vaxtlar paytaxtda skuter istifadəçilərinin sayı artıb.
Bununla yanaşı, nəqliyyatın bu növünün iştirakı ilə baş verən qəzaların da çoxaldığının şahidi oluruq.
Belə hadisələr adətən mikromobillik zolaqlarının olmadığı ərazilərdə baş verir.
Bəs bu qəzaların azalması üçün hansı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzu ilə bağlı Baku TV-yə açıqlamasında mikromobillik zolaqlarının sayının artırılmalı olduğunu bildirib.
"Küçələrdə fərqli hərəkət iştirakçıları varsa, onların sərbəst, dayanıqlı, davamlı yolu olmalıdır. Piyada da, mikromobillik vasitəsi sürən də, ictimai nəqliyyat vasitəsindən istifadə edən də rahat hərəkət etməlidir. Axınlar qarışmamalıdır, birindən digərinə keçid rahat olmalıdır", - deyə ekspert əlavə edib.
Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər avtomagistral hesab edilməyən, ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa digər zolaqlarla, eləcə də velosiped yolu olduğu halda onun yanındakı yolla hərəkət etməməli və digər tələblərə riayət etməlidirlər:
"Əks halda, bu tip nəqliyyat vasitələrinin sürücüləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə də nəzərdə tutulub".
Daha ətraflı videomaterialda:
Seçilən
15
oxu.az

1Mənbələr