AZ

Hərraclarda maliyyə axınları əsasən dövlət qurumları arasında dövr edib - Hesablama Palatasından xəbərdarlıq

Maliyyə Nazirliyinin qapalı hərracları uzunmüddətli perpektivdə risklərə səbəb ola bilər.

Teleqraf xəbər verir ki,bu barədə Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata Xülasə"də bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin ilk yarısında keçirilənqapalı hərrac əməliyyatları qısamüddətli öhdəliklərin idarə olunmasında və borc portfelinin dayanıqlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edib. Eləcə də maliyyə sabitliyinin gücləndirilməsi və qısamüddətli risklərin azaldılması baxımından effektiv alət kimi çıxış edib:

"Lakin bazara yeni investorların cəlb edilməməsi maliyyə axınlarının əsasən dövlət qurumları arasında dövr etməsinə gətirib çıxarıb. Bu isə likvidlik imkanlarını məhdudlaşdırmaqla yanaşı borc bazarının şaxələnməsi potensialını azaldıb. Əməliyyatın davamlılığının qiymətləndirilməsində ehtiyatlı yanaşmanın vacibliyini ön plana çıxarıb".

Seçilən
39
teleqraf.com

1Mənbələr