Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Şahmat Federasiyasında (AŞF) Uşaq-Gənclər Komissiyasının təşkilatçılığı ilə rapid turniri keçirilib.
AŞF-dən verilən məlumata görə, 43 şahmatçının iştirak etdiyi yarış yeniyetmələrin beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.
7 turdan ibarət yarışın nəticəsinə əsasən, 6 xal toplayan Murad İbrahimli turnirin qalibi adını qazanıb. Vüqar Manafov (5.5 xal) və Məhəmməd Bağırov (5 xal) müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qeyd edək ki, AŞF mütəmadi olaraq belə turnirlər təşkil edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.