Almaniyanın "Bayer" klubununun yeni baş məşqçisi bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, Leverkuzen təmsilçisi baş məşqçi postuna danimarkalı mütəxəssis Kasper Yulmandı gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, "Bayer"-in əvvəlki baş məşqçisi Erik ten Hag, klubun zəif nəticələri səbəbindən vəzifəsindən azad edilmişdi. Komanda mövsümün başlanğıcında yalnız 1 xal toplayıb və hazırda Bundesliga-nın 12-ci sırasındadır.
Kasper Yulmand 2020-2024-cü illər arasında Danimarka milli komandasının baş məşqçisi olub və bu dövr ərzində Avropa Çempionatının yarımfinalına yüksəlməyi bacarıb.