AZ

Barəsində cinayət işi açılan "Manifest"dən gözlənilməz addım - FOTO

Məlum olduğu kimi Türkiyədə yeni fəaliyyətə başlayan “Manifest” musiqi qrupu barəsində cinayət işçi açılıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna qrupun 18+ konsertində qeydə alınan görüntülər səbəb olub.

Konsertdə səhnə çıxışlarının ictimai əxlaq normalarına zidd olduğu iddia edilib və “nalayiq hərəkətlər” və “təşhirçilik” maddələri üzrə araşdırma aparılacağı bildirilib.

Baş verənlərdən sonra “Manifest” üzvləri və onun qurucusu Tolqa Akış heç bir açıqlama verməsə də, atdıqları addımla diqqət çəkiblər. Belə ki, həm Akış, həm də 6 nəfər qrup üzvü( Esin Bahat, Lidya Pınar, Mina Solak, Sueda Uluca, Hilal Yelekçi, Zeynep Sude Oktay) hər biri “X” hesabını silib.

Bu qərar həm musiqi ictimaiyyətində, həm də sosial şəbəkələrdə təəccüblə qarşılanıb.

Billurə

Seçilən
42
1
olke.az

2Mənbələr